Haqqımızda

Aristo 2011-ci ildən Rusiyanın Aristo şirkətinin Azərbaycandakı rəsmi distribyuteri kimi fəaliyyət göstərməkdədir. Ölkəmizin mebel sektorunda uğur qazanmış şirkət olan Aristo qarderoblar, daxili arakəsmələr və soyunma otaqları üçün alüminium profil sistemlərinin istehsalı və təchizatı sahəsində ixtisaslaşmışdır. Aristo alüminium əsaslı məhsulların keyfiyyətini artırmaq və istifadə sahələrini genişləndirməklə təbii və estetik məkanların yaranmasına rəhbərlik edir. Hər bir quruluş üçün bənzərsiz, yüksək keyfiyyətli və qabaqcıl texnologiya tələb edən müasir həllər təklif edən Aristo, çevik yanaşmaları, üstün xidmət keyfiyyəti və kəmiyyət tarazlığı ilə yerli bazarda liderliyini qorumaq üçün möhkəm addımlar atır.